TÜRKPA Seçki Müşahidə Missiyası Azərbaycanda növbədənkənar prezident seçkilərini müşahidə edəcək

TÜRKPA Seçki Müşahidə Missiyası Azərbaycanda növbədənkənar prezident seçkilərini müşahidə edəcək

Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentlərinin deputatlarından, eləcə də TÜRKPA Katibliyinin nümayəndələrindən ibarət TÜRKPA Seçki
Müşahidə Missiyası 7 fevral 2024-cü ildə Azərbaycan Respublikasında baş tutacaq növbədənkənar prezident seçkilərinin qısamüddətli müşahidəsini
həyata keçirəcəkdir.

APA xəbər verir ki, müşahidə proqramı çərçivəsində TÜRKPA Missiyası rəsmi şəxslər ilə görüşəcəkdir.

Seçki günü TÜRKPA müşahidəçilərinin həmçinin azad edilmiş ərazilərdə də müşahidə aparması gözlənilir. 8 fevral tarixində Missiya müşahidəsinin ilkin nəticələrinə dair mətbuat konfransı keçirəcəkdir.