Ağac aşması səbəbindən avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb - YENİLƏNİB-2

Ağac aşması səbəbindən avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb - YENİLƏNİB-2

Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsində ağacın yolun hərəkət hissəsinə aşması səbəbindən Xətai prospekti istiqamətində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

20:06

Bakıda yolun hərəkət hissəsinə aşan ağac götürülüb.

Bu barədə "Birxeber.Az"a Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Qeyd edək ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları dərhal hadisə yerinə gəliblər.

19:35

Bakıda ağac yola aşıb, avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsində ağac yolun hərəkət hissəsinə aşıb. Bu səbəbdən də Xətai prospekti istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. Sürücülərdən nəzərə almaları xahiş edilir.