Latviya fermerləri Rusiya mallarının idxalına və tranzitinə qadağa qoyulmasını tələb ediblər

Latviya fermerləri Rusiya mallarının idxalına və tranzitinə qadağa qoyulmasını tələb ediblər

Latviyada hakimiyyətin kənd təsərrüfatı sahəsində siyasətinə qarşı genişmiqyaslı etiraz aksiyası təşkil edən fermerlər digər məsələlərlə yanaşı, Rusiya və Belarus mallarının, o cümlədən ərzaq məhsullarının da daxil olmaqla Latviya ərazisindən idxalını və tranzitini dayandırmağı tələb ediblər.

"Report" xəbər verir ki, bu barədə “lsm.lv” milli dövlət televiziya və radio portalı məlumat yayıb.

Aksiyanın regional koordinatorlarından biri, fermer Ayqar Putranın qeyd edib ki, aksiya iştirakçıları tələblərində haqlıdırlar:

“Latviya kəndliləri Rusiya və Belarus ərzaq məhsullarının keçid dövrü olmadan idxalına dərhal qadağa qoyulmasını, Latviya meyvə və tərəvəzlərinə 5% əlavə dəyər vergisinin azaldılmış dərəcəsini bərpa edilməsini, aqrar sektorda hakimiyyət orqanları tərəfindən qoyulan bürokratik yükü azaldılmasını, inkişaf və dövriyyə kapitalı proqramlarına çıxış imkanlarının genişləndirilməsini tələb edirlər”, - məlumatda deyilir.