Bakıda ağacın aşdığı yolda hərəkət bərpa olunub - YENİLƏNİB-1 - FOTO

Bakıda ağacın aşdığı yolda hərəkət bərpa olunub - YENİLƏNİB-1 - FOTO

Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsində ağacın yolun hərəkət hissəsinə aşması səbəbindən Xətai prospekti istiqamətində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Birxeber.Az xəbər verir ki, bu barəəd NİİM məlumat yayıb.

***

Saat 23:48

Bakıda yolun hərəkət hissəsinə aşan ağac götürülüb.

Birxeber.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Birliyin əməkdaşları dərhal hadisə yerinə gəlib və ağac yoldan götürülüb.

***

Saat 19:38

Bakıda ağac yolun hərəkət hissəsinə aşıb.

Bu barədə Birxeber.Az-ya Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsində ağac yolun hərəkət hissəsinə aşıb.

Bu səbəbdən də Xətai prospekti istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. Sürücülərdən nəzərə almaları xahiş edilir.