İsrail ordusu Livandakı “Hizbullah” mövqelərinə yeni aviazərbələr endirib

İsrail ordusu Livandakı “Hizbullah” mövqelərinə yeni aviazərbələr endirib

İsrail hərbçiləri “Hizbullah” qruplaşmasının Livanın cənubunda yerləşən hədəflərinə yeni hücumlar həyata keçirib, həmçinin sərhəd bölgələrin atəşə tutulmasına cavab olaraq Livan ərazisini atəşə tutub.

“Birxeber.Az” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Gün ərzində Livandan İsrailin şimalına çoxsaylı atəş açılması faktları qeydə alınıb. İsrail Müdafiə Ordusu atəş mənbələrinə, eləcə də Livandakı əlavə ərazilərə zərbələr endirib”, - məlumatda deyilir.

“Bundan əlavə, İsrail ordusunun qırıcıları və artilleriyası gün ərzində “Hizbullah”ın Livanın bir sıra bölgələrindəki hədəflərinə, o cümlədən əl-Labbun bölgəsindəki hərbi obyektə, Cibbin bölgəsindəki hərbi komandanlıq mərkəzinə və Beyt-Lifa və Baraşita bölgələrindəki bir neçə hərbi kompleksə zərbələr endirib”, - mətbuat xidməti əlavə edib.