Məktəbli formalarının satışa çıxarılacağı vaxt açıqlanıb

Məktəbli formalarının satışa çıxarılacağı vaxt açıqlanıb

Yeni dərs ilinin başlanmasına təxminən bir ay müddət qalıb. Artıq valideynlər məktəbə gedəcək övladları üçün yeni məktəbli formaları almağa hazırlaşır. Əvvəlki illərdən fərqli olaraq isə bu il üçün yeni formaların satışı həyata keçiriləcək. Çünki hələ bir müddət Nazirlər Kabineti yeni məktəbli formaları ilə bağlı qərar imzalayıb. Bu sənədin isə geyim formalarının şagirdlərin sağlamlığına xidmət edən qərar olduğu bildirilib.

Mövzu ilə bağlı Bakı Tikiş Evinin (BTE) Satış şöbəsinin rəisi Etibar Əzimov "Birxeber"un sorğusuna cavab olaraq deyib ki, hazırda məktəbli formalarının satışa çıxarılması üçün işlər yekunlaşmaq üzrədir.

Onun sözlərinə görə, məktəbli formaları avqustun 16-dan satışa çıxarılacaq. E.Əzimov bildirib ki, Bakı Tikiş Evində məktəbli formaları iki rəngdə (ağ polo, göy şalvar və ətək) və (mavi polo, boz şalvar, ətək) tikilir. O qeyd edib ki, formalar hazırlandıqdan sonra anbarlara yığılır: "Tikilən geyimlərin sayı hələ ki, məlum deyil. Məktəbli formaları pambıq materialındandır. Bir neçə il istifadə etmək mümkündür. Qiymətlərə gəlincə isə, ötən illərlə müqayisədə qiymətlərdə fərq hiss olunacaq. Artıq valideynlər müraciət edir. Geyimləri Bakı Tikiş Evi ilə yanaşı paytaxtda fəaliyyət göstərən "Bravo" supermarketlər şəbəkəsindən əldə etmək mümkün olacaq".

Qeyd edək ki, Nazirlər Kabineti Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində təhsilalanların geyim formalarının təsvirlərini təsdiq edib. Qərar yeni tədris ilindən tətbiq ediləcək. Belə ki, təhsilalanların geyim forması aşağıdakı qış və yay formalarından ibarətdir:

Qızlar üçün yay forması - üçdüyməli qısaqol köynək və ətək;

Oğlanlar üçün yay forması - üçdüyməli qısaqol köynək və şalvar;

Qızlar üçün qış forması - üçdüyməli uzunqol köynək, ətək və ya şalvar, önü bağlanılan cibli jaket;

Oğlanlar üçün qış forması - üçdüyməli uzunqol köynək, şalvar və önü bağlanılan cibli jaket.

Elm və təhsil Elm və təhsil
Məktəblilər arasında müsabiqə başlayır

Məktəblilər arasında müsabiqə başlayır

Elm və təhsil Elm və təhsil
Emin Əmrullayev valideynlərə çağırış edib

Emin Əmrullayev valideynlərə çağırış edib

Elm və təhsil Elm və təhsil
BŞTİ müdiri valideynləri müəyyən məsələlərdə təşəbbüskar olmamağa çağırıb

BŞTİ müdiri valideynləri müəyyən məsələlərdə təşəbbüskar olmamağa çağırıb

Elm və təhsil Elm və təhsil
TUBİTAK-ın prezidenti: "Dünya ölkələri təbii fəlakətlərin nəticələrini aradan qaldırmaqda çətinlik çəkəcək"

TUBİTAK-ın prezidenti: "Dünya ölkələri təbii fəlakətlərin nəticələrini aradan qaldırmaqda çətinlik çəkəcək"

Elm və təhsil Elm və təhsil
AMEA Beynəlxalq Elmi Şuraya tamhüquqlu üzv qəbul edilib

AMEA Beynəlxalq Elmi Şuraya tamhüquqlu üzv qəbul edilib

Elm və təhsil Elm və təhsil
Naxçıvan məktəblərində “Şəhidlər unudulmur” və “Zəfər tariximiz” guşələri yaradılır

Naxçıvan məktəblərində “Şəhidlər unudulmur” və “Zəfər tariximiz” guşələri yaradılır

Elm və təhsil Elm və təhsil
Birincilərin Bilik Günü sevinci - FOTOREPORTAJ

Birincilərin Bilik Günü sevinci - FOTOREPORTAJ

Elm və təhsil Elm və təhsil
BDU-nun 2 saylı korpusunun təmirinə başlanılıb

BDU-nun 2 saylı korpusunun təmirinə başlanılıb

Elm və təhsil Elm və təhsil
MİQ üzrə müsabiqənin vakansiya seçimi mərhələsi yekunlaşır

MİQ üzrə müsabiqənin vakansiya seçimi mərhələsi yekunlaşır

Elm və təhsil Elm və təhsil
Dövlət qulluğuna qəbulla bağlı keçirilən imtahanın nəticələri açıqlanıb

Dövlət qulluğuna qəbulla bağlı keçirilən imtahanın nəticələri açıqlanıb

Elm və təhsil Elm və təhsil
Təhsil Nazirliyi uşağını rus bölməsinə qoymaq istəyən valideynlərə müraciət edib

Təhsil Nazirliyi uşağını rus bölməsinə qoymaq istəyən valideynlərə müraciət edib

Elm və təhsil Elm və təhsil
Özəl məktəbdə tam ödənişsiz təhsil imkanı əldə edin!

Özəl məktəbdə tam ödənişsiz təhsil imkanı əldə edin!