Macarıstan klubu "Qarabağ"ın sabiq futbolçusu ilə vidalaşmaq istəyir

Macarıstan klubu "Qarabağ"ın sabiq futbolçusu ilə vidalaşmaq istəyir

Macarıstanın "Ferentsvaroş" klubu "Qarabağ"ın sabiq futbolçusu Kvabena Ovusu ilə yollarını ayırmaq istəyir.

"Report" yerli "Goal.com/hu" nəşrinə istinadən xəbər verir ki, ölkə çempionu 26 yaşlı hücumçunu İspaniyadakı təlim-məşq toplanışına da aparmayıb.

Türkiyənin "Sivasspor" klubunun qanalı forvardla maraqlandığı və onun üçün rəsmi təklif göndərdiyi də vurğulanıb.

Qeyd edək ki, Kvabena Ovusu 2020-2023-cü illərdə Ağdam təmsilçisinin formasını geyinib.