Böyük Britaniya kralına xərçəng diaqnozu qoyulub

Böyük Britaniya kralına xərçəng diaqnozu qoyulub

Böyük Britaniya kralı III Çarlza xərçəng diaqnozu qoyulub.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Bukinqem Sarayı məlumat yayıb.

Qeyd olunub ki, III Çarlz müalicə kursuna başlasa da, dövlət vəzifələrini yerinə yetirməyə və sənədlərlə işləməyə davam edəcək:

“Kralın prostat vəzinin xoşxassəli genişlənməsi ilə bağlı tibbi prosedur üçün son xəstəxanaya yerləşdirilməsində narahatlıq üçün başqa bir səbəb müəyyən edilib. Sonrakı diaqnostik prosedurlar xərçəng formalarından birinin mövcudluğunu təsdiqləyib.

Bu gün Əlahəzrət planlı müalicəyə başlayıb, bu müddət ərzində həkimlər ona ictimai vəzifələrini təxirə salmağı tövsiyə ediblər. Bu müddət ərzində Əlahəzrət dövlət işlərində iştirak etməyə davam edəcək və həmişəki kimi sənədlərlə işləyəcək”, - məlumatda deyilir.

Böyük Britaniyanın baş naziri Rişi Sunak artıq III Çarlza tezliklə sağalmasını arzulayıb.

Xatırladaq ki, Böyük Britaniya kralı III Çarlz ötən ayın sonu əməliyyatdan sonra xəstəxanadan evə buraxılmışdı.