Çilidə meşə yanğınlarında ölənlərin sayı 122-yə çatıb - YENİLƏNİB

Çilidə meşə yanğınlarında ölənlərin sayı 122-yə çatıb - YENİLƏNİB

Çilidə meşə yanğınları zamanı ölənlərin sayı artıb.

Birxeber.Az xəbər verir ki, bu barədə Məhkəmə Tibbi Ekspertiza Xidməti məlumat yayıb.

Hadisələrin mərkəzi Valparaisoda meşə yanğınları nəticəsində 122 nəfər ölüb.

Daha əvvəl 112 nəfərin öldüyü bildirilirdi.

Çili prezidenti Qabriel Boriç fevralın 2-də yanğınlar səbəbindən Valparaisoda fövqəladə vəziyyət rejiminin tətbiq olunduğunu elan edib. Səlahiyyətlilər, 14 mindən çox evin külə döndüyünü deyib.

***

Saat 10:49

Çilidə meşə yanğınları nəticəsində həlak olanların sayı 112 nəfərə çatıb.

Birxeber.Az “Reuters”ə istinadən xəbər verir ki, rəsmilər yüzlərlə insanın hələ də itkin olduğunu, ölənlərin sayının artacağını bildirirlər. Cümə günü güclənən yanğınların turist zonası olan iki sahil şəhəri - Vina del Mar və Valparaisoya yaxınlaşdığı bildirilir. Paytaxt Santiaqonun qərbindəki bu iki şəhərdə bir milyondan çox sakinin yaşayır.

Yanğınlarla əlaqədar ən çox zərər çəkən bölgələrdə 21:00 komendant saatı elan edilib, həmçinin yanğınsöndürənlərə yardım etməsi üçün ordu hissələri göndərilib.

Çilinin daxili işlər nazirinin müavini Manuel Monsalve bütün ölkə ərazisində 165 yanğın ocağının olduğunu, təkcə Vina del Mar və Quilpuedə təxminən 14 000 evin zədələndiyini bildirib.

Meşə yanğınlarının 2010-cu ildə 500 nəfərin həlak olması ilə nəticələnən zəlzələdən sonra ən böyük fəlakət olduğu bildirilir.