Qazaxıstanda məktəbliləri daşıyan mikroavtobus qəzaya uğrayıb, ölən və yaralananlar var

Qazaxıstanda məktəbliləri daşıyan mikroavtobus qəzaya uğrayıb, ölən və yaralananlar var

Qazaxıstanda məktəbliləri daşıyan mikroavtobus qəzaya uğrayıb.

APA-nın Mərkəzi Asiya bürosu xəbər verir ki, hadisə Akmola vilayətində baş verib.

Sürücü ötmə zamanı qarşıdan gələn zolağa çıxıb və minik avtomobili ilə toqquşub.

Qəza zamanı mikroavtobusun 62 yaşlı sürücüsü hadisə yerində ölüb.

Hadisədə 15 nəfər xəsarət alıb.

Əhməd Əkbərov