Borel Kiyevə səfər edəcək

Borel Kiyevə səfər edəcək

Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizli Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borel Kiyevə səfər edəcək.

Birxeber.Az xəbər verir ki, bu barədə Borel Varşavada Polşa xarici işlər naziri Radoslav Sikorski ilə birgə mətbuat konfransında bildirib.

Bununla belə, Borel səfərin dəqiq tarixini açıqlamayıb.

Mətbuat konfransı zamanı Borel Aİ-nin Rusiyaya qarşı 13-cü sanksiyalar paketi hazırlandığını bildirib.

Qeyd edib ki, bu paket bir çox fiziki şəxsləri, qurumları, eləcə də Rusiyanın sanksiyalardan yan keçməsində iştirak edən müxtəlif ölkələrdən olan şirkətləri əhatə edəcək.