Abşeronda mənzildə yanğın baş verib, ölən var - YENİLƏNİB

Abşeronda mənzildə yanğın baş verib, ölən var - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Birxeber.Az-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının yeddimərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzildə baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğın genişlənərək mənzilin digər hissələrinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində mənzilin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb. Hadisə zamanı tüstüdən boğulmuş 1932-ci il təvəllüdlü Ə.Mehdiyevin meyiti aşkar olunub.

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

18:41

Abşeronda baş verən yanğında 1 nəfər ölüb.

Birxeber.Az xəbər verir ki, hadisə "Yeni Bakı yaşayış massivi"ndə qeydə alınıb.

Yanğın nəticəsində 1 nəfər (şəxsiyyəti dəqiqləşdirilir) ölüb. Hadisə yerinə FHN-nin DYMX-nin əməkdaşları cəlb olunub.

Yanğın söndürülüb.