Azərbaycan-Belarus ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-Belarus ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Samir Şərifov və Belarus Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət idarəsinin rəisi İqor Sekreta arasında görüş keçirilib.

XİN-dən APA-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ikitərəfli əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib və ali səviyyədəki siyasi dialoqun ikitərəfli əməkdaşlığın bütün sahələrində inkişaf etdirməsi üçün əsas rol oynadığı qeyd olunub.

İki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın hazırkı müsbət dinamikası xüsusi olaraq vurğulanıb.

Görüş zamanı qarşılıqlı maraq kəsb edən digər mühüm beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.