Yaponiyada əlverişsiz havaya görə ləğv edilən uçuşların sayı 100-ə çatıb

Yaponiyada əlverişsiz havaya görə ləğv edilən uçuşların sayı 100-ə çatıb

Yaponiyanın paytaxtı Tokionun “Narita” və “Haneda” hava limanlarında yağan güclü qar səbəbindən ən azı 100 reys təxirə salınıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə aviaşirkətin hava şəraitinə görə dəyişikliklərlə bağlı məlumatında deyilir.

Qeyd edilib ki, qarlı hava dəmir yolu nəqliyyatına da təsir edib.

Bəzi ərazilərdə qatarların hərəkəti tamamilə dayandırılıb.