Masazırda yanğın baş verən mənzildə 92 yaşlı kişinin meyiti aşkarlanıb - YENİLƏNİB

Masazırda yanğın baş verən mənzildə 92 yaşlı kişinin meyiti aşkarlanıb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.

"Birxeber.Az" xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

    Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının yeddimərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzildə baş verdiyi müəyyən olunub.

    Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğın genişlənərək mənzilin digər hissələrinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində mənzilin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb. Hadisə zamanı tüstüdən boğulmuş 1932-ci il təvəllüdlü Ə.Mehdiyevin meyiti aşkar olunub.

    Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

    18:40

    Abşeronda yaşayış binasında yanğın olub, ölən var.

    "Birxeber.Az"un yerli bürosu məlumat verir ki, hadisə "Yeni Bakı yaşayış massivi"ndə qeydə alınıb.

    Yanğın nəticəsində 1 nəfər (şəxsiyyəti dəqiqləşdirilir) ölüb.

    Hadisə yerinə FHN-in DYMX-nin əməkdaşları cəlb olunub.

    Yanğın söndürülüb.