İmişlidə yanğın olub, xəsarət alan var

İmişlidə yanğın olub, xəsarət alan var
İmişildə xəsarətlə nəticələnən yanğın hadisəsi olub.
Bu barədə birxeber.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
İmişli rayonunun Sarıxanlı kəndində həyətyanı sahədə yığılan 20 ton ot bağlamasının 2 tonu yanıb. Hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.