Naxçıvan şəhərində yol qəzası olub, 3 nəfər xəsarət alıb

Naxçıvan şəhərində yol qəzası olub, 3 nəfər xəsarət alıb

Naxçıvan şəhərinin Azərbaycan küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində yol qəzası baş verib.

"Birxeber.Az"un yerli bürosu xəbər verir ki, "Toyota" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.