İtaliya XİN husilərin təhdidinə cavab verib

İtaliya XİN husilərin təhdidinə cavab verib

İtaliya husilərin təhdidinə cavab verib.

Birxeber.Az ANSA agentliyinə istinadən xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tayani danışıb.

"Biz ticarət hərəkətini müdafiə edirik, heç kimə hücum etmirik, heç kimin hücumuna məruz qalmaq istəmirik", - nazir deyib.

Tayani deyib ki, gəmilərə hücumlar olarsa, İtaliya ticarət gəmilərini müdafiə edərək cavab verəcək. "Bu çox aydın olmalıdır. Terror təşkilatı olan husilərin heç bir açıqlaması bizi qorxutmur", - o əlavə edib.

Qeyd edək ki, Husilərin Ali İnqilab Komitəsinin rəhbəri Məhəmməd Əli əl-Husi "La Repubblica"ya müsahibəsində deyib ki, İtaliya Yəmənə qarşı hücumlarda iştirak edərsə, hədəfə çevriləcək.