Leyla Əliyeva güləşçilərimizin V İslam Həmrəyliyi Oyunlarındakı çıxışlarına baxıb - FOTO

Leyla Əliyeva güləşçilərimizin V İslam Həmrəyliyi Oyunlarındakı çıxışlarına baxıb - FOTO

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının güləş yarışlarının ilk günündə Azərbaycan idmançıları 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva güləşçilərimizin V İslam Həmrəyliyi Oyunlarındakı çıxışlarına baxıb.

Birxeber AZƏRTAC-a istinadən xəbər verir ki, Konya Texniki Universitetinin idman salonunda təşkil olunan yarışların medal uğrunda görüşlərini Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Fərid Qayıbov və MOK-un baş katibi Azər Əliyev izləyiblər.

Sərbəst güləşçilərimizdən Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), qadın güləşçimiz Mariya Stadnik (50 kq) qızıl, Abubakr Abakarov (86 kq), Alyona Kolesnik (59 kq) gümüş, Əliabbas Rzazadə (50 kq) isə bürünc medala sahib olublar.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. Avqustun 18-dək davam edəcək V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.

Oyunların məhz Konyada keçirilməsi təsadüfi deyil. Qədim tarixi olan Konya şəhəri həm də İslam sivilizasiyasının mühüm mərkəzlərindən sayılır. Böyük təsəvvüf şairlərindən olan Cəlaləddin Ruminin türbəsi zahidlər üçün ziyarətgahdır. Ümumiyyətlə, Konya müxtəlif mədəniyyətlərin bir araya gəldiyi harmonik ruha sahibdir.

Xatırladaq ki, 2017-ci il mayın 12-22-də Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident və Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın fəaliyyəti sayəsində bütün dünyaya nümayiş etdirdi ki, İslam aləmi bir ola bilir və bu birlik gücümüzü daha da artırır. “Bakı-2017”də 54 ölkədən 3 mindən çox atlet idmanın 24 növü üzrə keçirilən yarışlarda 269 dəst medal uğrunda mübarizə aparıb. Bu Oyunlara 425 atletlə qatılan Azərbaycan 162 medalla (75 qızıl, 50 gümüş və 37 bürünc) birinci oldu. Türkiyə ikinci (195 medal), İran üçüncü (98 medal), Özbəkistan dördüncü (63 medal), Bəhreyn (21 medal) isə beşinci yerdə qərarlaşdı.

İslam Həmrəyliyi Oyunları ilk dəfə Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilib. İranın paytaxtı Tehranda keçirilməli olan ikinci İslamiada ləğv edilib. Üçüncü Oyunlar 2013-cü ildə İndoneziyanın Palembanq şəhərində təşkil olunub. VI İslam Həmrəyliyi Oyunları isə 2025-ci ildə Kamerunun paytaxtı Yaundedə keçiriləcək.

Birxeber
İDMAN İDMAN
Türkiyə komandası tapança atıcılığı üzrə yarışda bürünc medal qazanıb, nazir qaliblərə medalları təqdim edib  - YENİLƏNİB

Türkiyə komandası tapança atıcılığı üzrə yarışda bürünc medal qazanıb, nazir qaliblərə medalları təqdim edib - YENİLƏNİB

İDMAN İDMAN
AFFA “Qarabağ” və “Neftçi”ni cərimələyib

AFFA “Qarabağ” və “Neftçi”ni cərimələyib

İDMAN İDMAN
Azərbaycan cüdoçuları Avropa çempionatında komanda hesabında birinci yeri tutub

Azərbaycan cüdoçuları Avropa çempionatında komanda hesabında birinci yeri tutub

İDMAN İDMAN
İlham Zəkiyev səkkizinci dəfə Avropa çempionu olub - FOTO

İlham Zəkiyev səkkizinci dəfə Avropa çempionu olub - FOTO

İDMAN İDMAN
Azərbaycanlı döyüşçü erməni rəqibini məğlub etdi - VİDEO

Azərbaycanlı döyüşçü erməni rəqibini məğlub etdi - VİDEO

İDMAN İDMAN
Mahir Emrelinin transfer qiyməti artıb

Mahir Emrelinin transfer qiyməti artıb

İDMAN İDMAN
Rafael Fiziyev: "Bakıya gəldiyim üçün çox xoşbəxtəm"

Rafael Fiziyev: "Bakıya gəldiyim üçün çox xoşbəxtəm"

İDMAN İDMAN
Mahir Emrelinin baş məşqçisi istefa verdi

Mahir Emrelinin baş məşqçisi istefa verdi

İDMAN İDMAN
İslamiada: Azərbaycan 12-ci qızıl medalı qazanıb - YENİLƏNİB

İslamiada: Azərbaycan 12-ci qızıl medalı qazanıb - YENİLƏNİB

İDMAN İDMAN
Gənclər və İdman naziri: “Düşünürəm ki, bunların hamısı nəticə verəcək” - FOTO

Gənclər və İdman naziri: “Düşünürəm ki, bunların hamısı nəticə verəcək” - FOTO

İDMAN İDMAN
Boks üzrə Azərbaycan çempionatının ilk mükafatçıları bəlli olub - FOTO

Boks üzrə Azərbaycan çempionatının ilk mükafatçıları bəlli olub - FOTO

İDMAN İDMAN
Azərbaycanın futbol millisi İslamiadada bürünc medal qazanıb - FOTO

Azərbaycanın futbol millisi İslamiadada bürünc medal qazanıb - FOTO