ABŞ və Böyük Britaniya husi qiyamçılarının mövqelərini yenə vurub

ABŞ və Böyük Britaniya husi qiyamçılarının mövqelərini yenə vurub

ABŞ və Böyük Britaniya qüvvələri Yəməndə husi qiyamçılarının mövqelərinə yeni zərbələr endirib.

“Birxeber.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə husilərin “Al Masirah” telekanlı məlumat yayıb.

Bildirilib ki, zərbələr Xodeyda əyalətinin Əl-Katibə rayonuna endirilib.

İtkilər və dağıntılar barədə hələ məlumat yayılmayıb.

“Sky News Arabia” telekanalının məlumatına əsasən, son 48 saat ərzində ABŞ və Britaniyanın Yəmənə endirdiyi zərbələr nəticəsində 40 husi qiyamçısı zərərsizləşdirilib. Fevralın 3-də Ştatlar və krallıq Avstraliya, Bəhreyn, Kanada, Danimarka, Niderland və Yeni Zelandiyanın dəstəyi ilə Yəməndə 13 yerdə husilərin 36 hədəfinə hücum edib.

Qeyd edək ki, ABŞ və Böyük Britaniya qüvvələri husilərin mövqelərinə ötən gün də raket zərbələri endirib.