XİN: "Ermənistan günahsız mülki insanların həlak olmasına görə məsuliyyət daşıyır"

XİN: "Ermənistan günahsız mülki insanların həlak olmasına görə məsuliyyət daşıyır"

Ermənistan günahsız mülki insanların minaya düşərək həlak olmasına görə məsuliyyət daşıyır.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında paylaşım edilib.

Qeyd olunub ki, 2020-ci ilin sonundan bəri 344 nəfər Ermənistanın döşədiyi minaya düşüb. Onlardan 65 nəfər həlak olub.

"Son iki gündə mina partlaması nəticəsində daha bir mülki şəxs yaralanıb", - nazirlikdən bildirilib.

Xatırladaq ki, son 2 gündə - fevralın 4-də və 5-də Tərtərdə iki mülki şəxs minaya düşüb.