Ronaldo "Barselona"ya keçir - İDDİA

Ronaldo "Barselona"ya keçir - İDDİA

"Mançester Yunayted"də işləri yaxşı getməyən Kriştiano Ronaldonun "Barselona"ya keçəcəyi ilə bağlı xəbər yayılıb.

birxeber.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki,  36 yaşlı ulduz özünü Kataloniya  klubuna təklif edib. Portuqaliyalı futbolçu yaxın dostu Pike ilə bu barədə danışıb və baş məşqçi Xavi ilə təmasa keçib.
Artıq Ronaldonun meneceri Jorje Mendeş bu transfer haqqında "Barselona"nın prezidenti Joan Laporta ilə danışıqlar aparır.
Bildirilib ki, Ronaldo "Barselona"ya keçəcəyi halda, Lionel Messinin Barselona şəhərindəki evində kirayə qalacaq. Hətta bu barədə Pike argentinalı futbolçu ilə danışıb və razılıq əldə edib.