MSK: Etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqələri ilə səs vermək mümkün olacaq

MSK: Etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqələri ilə səs vermək mümkün olacaq

Əgər hər hansı vətəndaşın şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitibsə, vaxtı keçmiş olsa belə, həmin şəxsin kimliyini müəyyənləşdirmək üçün əsasdır.

APA-nın xəbərinə görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədrinin müavini Rövzət Qasımov bildirib.

Rövzət Qasımov deyib ki, şəxsiyyət vəsiqəsinin vaxtı bitibsə belə, həmin vətəndaş o şəxsiyyət vəsiqəsi ilə gəlib fevralın 7-də növbədənkənar prezident seçkilərində səs verə bilər:

“Yeni nəsil şəxsiyyət vəsiqələri 2018-ci ildən və 10 il müddətinə verilir. Yeni nəsil şəxsiyyət vəsiqələrində belə problem ola bilməz. Etibarlılıq müddətinin bitməsi problemi köhnə şəxsiyyət vəsiqələri ilə bağlı ola bilər. Həmin şəxslər də səs verə bilərlər”.