Səudiyyə Ərəbistanı və Britaniya XİN rəhbərləri Qəzzanı müzakirə edib

Səudiyyə Ərəbistanı və Britaniya XİN rəhbərləri Qəzzanı müzakirə edib

Səudiyyə Ərəbistanı xarici işlər naziri Faysal bin Farhan və Böyük Britaniya xarici işlər naziri Devid Kemeron arasında telefon danışığı olub.

Birxeber.Az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirlər Qəzza zolağı və regionda baş verən son hadisələr və bununla bağlı görülən səylər barədə danışıblar.

"Bundan əlavə, tərəflər hər iki ölkə üçün ümumi olan regional və beynəlxalq məsələləri müzakirə ediblər", - XİN-in məlumatında qeyd olunub.