Hulusi Akar: "Şimali Kiprin TDT-yə tamhüquqlu üzv olacağına inanırıq"

Hulusi Akar: "Şimali Kiprin TDT-yə tamhüquqlu üzv olacağına inanırıq"

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Müdafiə komitəsinin sədri, keçmiş milli müdafiə naziri Hulusi Akar hazırda müşahidəçi olan Şimali Kiprin yaxın vaxtlarda Türk Dövlətləri Təşkilatına (TDT) tamhüquqlu üzv olacağına inandığını bildirib.

“Report”un məlumatına görə, o, “X”də yazıb ki, Avropa İttifaqı (Aİ), BMT və digərlərinin nə deməyindən asılı olmayaraq, türk dövlətləri öz planları istiqamətində irəliləməyə davam edəcək: “Daim bir və bərabərik”.

Qeyd edək ki, TDT-yə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan, Şimali Kipr və Türkmənistan təşkilatda müşahidəçi üzv statusunda təmsil olunurlar.