Rafiq Hüseynov: "İslamiada dünya çempionatı öncəsi bizim üçün bir təkandır"

Rafiq Hüseynov: "İslamiada dünya çempionatı öncəsi bizim üçün bir təkandır"

"Əlbəttə, bizim üçün çox məsuliyyətli bir yarışdır. Komandamız həmişəki kimi İslamiadaya yüksək səviyyədə hazırlaşıb. Bundan sonrası Allaha qalıb. Allah bizə nə nəsib etsə, o da olacaq. Təkcə güləşçilərimizə yox, bütün idmançılarımıza uğurlar arzulayıram. Bildiyiniz kimi, Azərbaycan komandası heyət sayına görə Türkiyədən sonra ikinci yerdədir. Ümid edirəm ki, medal sayına görə də ilk 3 yerdən birini tutaraq xalqımızı sevindirərik".

"Birxeber"un məlumatına görə, bunu Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında Olimpiya mükafatçısı, dünya və üçqat Avropa çempionu, I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı olmuş yunan-Roma güləşçisi Rafiq Hüseynov deyib.

34 yaşlı idmançı Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 10-18 sentyabrda Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatına sınaq xarakteri daşıdığını bildirib: "Mən və Sənan Süleymanov üçün bu yarış dünya çempionatı qabağı bir növ sınaqdır. Çünki hər ikimiz son iki yarışı buraxmışıq. İyunda İtaliyadakı reytinq turnirində də çıxış etməmişdik. İslamiada dünya çempionatı öncəsi bizim üçün bir təkandır. Fikrimcə, digər komanda yoldaşlarım üçün də belədir. Əsas odur ki, zədələr olmasın. Allah komandanı zədələrdən qorusun".

O, ağır zədədən sonra Almaniyada əməliyyat olunmuş komanda yoldaşı İslam Abbasov barədə də danışıb: "Bildiyiniz kimi, komanda yoldaşımız İslam Abbasov ağır zədələnib və əməliyyat olunub. Təəssüf hissi ilə bildirmək istəyirəm ki, biz son 3 yarışı İslamsız keçirəcəyik. Bu baxımdan bizim üçün çətin olacaq. Amma komanda yoldaşlarımın hamısında yüksək əhval-ruhiyyə var. Fikrimcə, İslamiadada bizim üçün hər şey yaxşı olacaq".

Qeyd edək ki, Rafiq Hüseynov İslamiadada 82 kq çəki dərəcəsində çıxış edəcək. Turnirdə yunan-Roma güləşi üzrə yarışlara avqustun 12-də start veriləcək.

Fərdi Fərdi
AGF-in baş katibi: “Azərbaycandakı yarışların səviyyəsi digər ölkə federasiyalarının diqqətini cəlb edir”

AGF-in baş katibi: “Azərbaycandakı yarışların səviyyəsi digər ölkə federasiyalarının diqqətini cəlb edir”

Fərdi Fərdi
Avropa çempionatı: Azərbaycan cüdoçuları ilk gündə 3 medal qazanıb

Avropa çempionatı: Azərbaycan cüdoçuları ilk gündə 3 medal qazanıb

Fərdi Fərdi
Avropa birinciliyində 2 medal qazanan Azərbaycan yığması Bakıya qayıdıb

Avropa birinciliyində 2 medal qazanan Azərbaycan yığması Bakıya qayıdıb

Fərdi Fərdi
Kanoe və Avarçəkmə Federasiyası 2023-cü ilin ilk yarışını Bakıda keçirib

Kanoe və Avarçəkmə Federasiyası 2023-cü ilin ilk yarışını Bakıda keçirib

Fərdi Fərdi
Azərbaycan İslamiadada 11-ci qızıl medalı qazanıb

Azərbaycan İslamiadada 11-ci qızıl medalı qazanıb

Fərdi Fərdi
Azərbaycan taekvondoçusu: "Hakimin səhvi ucbatından qızıl medal əldən çıxdı"

Azərbaycan taekvondoçusu: "Hakimin səhvi ucbatından qızıl medal əldən çıxdı"

Fərdi Fərdi
Olimpiya çempionu 29 yaşında karyerasını başa vurub

Olimpiya çempionu 29 yaşında karyerasını başa vurub

Fərdi Fərdi
Əli Şükürlü Avropa birinciliyində 3 medal qazanıb

Əli Şükürlü Avropa birinciliyində 3 medal qazanıb

Fərdi Fərdi
Qran-pri: Azərbaycan cüdoçuları ilk gündə iki medal qazanıblar - YENİLƏNİB

Qran-pri: Azərbaycan cüdoçuları ilk gündə iki medal qazanıblar - YENİLƏNİB

Fərdi Fərdi
Azərbaycan millisinin taekvondoçusu: “Mundial Bakıda keçiriləcəyindən, 1:0 öndə olacağıq”

Azərbaycan millisinin taekvondoçusu: “Mundial Bakıda keçiriləcəyindən, 1:0 öndə olacağıq”

Fərdi Fərdi
Rəşad Nəbiyev Ağstafadakı cüdo təlim mərkəzinə baxış keçirib

Rəşad Nəbiyev Ağstafadakı cüdo təlim mərkəzinə baxış keçirib

Fərdi Fərdi
Bakıda dünya çempionu olan atıcı: “Mənim üçün gözəl təcrübə oldu”

Bakıda dünya çempionu olan atıcı: “Mənim üçün gözəl təcrübə oldu”