Filippində daşqınlar nəticəsində 17 nəfər ölüb

Filippində daşqınlar nəticəsində 17 nəfər ölüb

Filippinin Mindanao adasında baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində 17 nəfər ölüb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “ABS-CBN News” məlumat yayıb.

Qeyd edilib ki, təbii fəlakət nəticəsində 4 nəfər yaralanıb, 8 nəfər isə itkin düşüb.

Daşqınlar səbəbindən 400 minə yaxın yerli sakin evlərini tərk etmək məcburiyyətində qalıb, 82 minə yaxın insan təxliyə mərkəzlərinə yerləşdirilib.