Ukraynalı general: “Tərəfdaşlarımızdan F-16 qırıcıları gözləyirik”

Ukraynalı general: “Tərəfdaşlarımızdan F-16 qırıcıları gözləyirik”

Kiyev Ukraynanın tərəfdaşlarının növbəti hərbi yardım paketinə F-16 qırıcılarının verilməsi məsələsinin də daxil ediləcəyini gözləyir.

“Report” “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı, general-leytenant Sergey Naev deyib.

O bildirib ki, Ukrayna 300-500 kilometrlik mənzilli raketlərin təhvil veriləcəyinə ümid edir: “Bu, bizə döyüş meydanında daha böyük uğurlar əldə etməyə və ərazimizi azad etməyə imkan verəcək”.

Generalın sözlərinə görə, Ukrayna indiyə kimi Qərbdən müxtəlif növ silahlar, o cümlədən raketlər alıb.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladığını açıqlayıb. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq.