İrəvanda dağıntılar altından iki nəfərin meyiti çıxarılıb - YENİLƏNİB

İrəvanda dağıntılar altından iki nəfərin meyiti çıxarılıb - YENİLƏNİB

İrəvanın Erebuni rayonunda baş verən partlayışdan sonra dağıntılar altından iki nəfərin meyiti xilasedicilər tərəfindən tapılıb.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan məlumat verib.

Onun sözlərinə görə, xilasedicilər dağıntılar altından kişi və qadının meyitini çıxarıblar.

Qeyd edilib ki, axtarış işləri davam etdiriləcək.

Bundan əvvəl xilasedicilər daha iki nəfəri xilas edərək xəstəxanaya çatdırıblar.

12:43

İrəvanın Erebuni rayonunda partlayış baş verib.

“Report” xəbər verir ki, bu barədə "Sputnik-Armenia"ya Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisayan məlumat verib.

Qeyd edilib ki, bir neçə ev dağılıb, iki nəfər dağıntılar altında qalıb.

Sosial şəbəkələrin erməni seqmentində çörək sexində partlayış baş verdiyi barədə məlumat yayılıb.