Sabirabadda 4 otaqlı ev yanıb

Sabirabadda 4 otaqlı ev yanıb

Sabirabadda yanğın olub.

APA FHN-ə istinadən xəbər verir ki, Sabirabad rayonunun Əhmədabad kəndində ümumi sahəsi 100 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.