“Kəpəz”in daha bir legioneri “Araz-Naxçıvan”la oyunu buraxacaq

“Kəpəz”in daha bir legioneri “Araz-Naxçıvan”la oyunu buraxacaq

“Kəpəz”in daha bir futbolçusu Azərbaycan Premyer Liqasının XXI turunda “Araz-Naxçıvan”la keçiriləcək oyunu buraxacaq.

“Report”un klubun mətbuat xidmətinə istinadən məlumatına görə, yarımmüdafiəçi Georgi Papunaşvili bu gün baş tutacaq görüşdə iştirak etməyəcək.

Buna səbəb 28 yaşlı gürcüstanlı futbolçunun səhhətində problem yaranmasıdır. Onunla yanaşı, digər legionerlər Yeqor Xvalko, Mate Kvirkvia və yerli oyunçu Elmir Tağıyev cəzalı olduqları üçün məşqçilər korpusunun sərəncamında olmayacaqlar.

Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Araz-Naxçıvan” oyunu saat 15:00-da başlayacaq.