Qazaxıstan Prezidenti hökuməti istefaya göndərib

Qazaxıstan Prezidenti hökuməti istefaya göndərib

Qazaxıstan Prezdenti Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib.

“Report”un xəbərinə görə, məlumatı “Kazinform” yayıb.

Dövlət başçısı bununla bağlı sərəncam imzalayıb.

Məlumata görə, yeni hökumət formalaşdırılana qədər Baş nazir səlahiyyətlərini əvvəlki kabinetdə Baş nazirin birinci müavini Roman Sklyar icra edəcək.

Xatırladaq ki, Qazaxıstanın Baş naziri Alixan Smailov idi. O, 2022-ci il yanvarın 11-dən bu postu tuturdu.