Babək rayon sakini dəm qazından ölüb

Babək rayon sakini dəm qazından ölüb

Babək rayonunda dəm qazı 41 yaşlı qadının ölümünə səbəb olub.

Birxeber.Az-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə dünən gecə saatlarında rayonun Naxışnərgiz kəndində qeydə alınıb. Belə ki, dəm qazının sızması nəticəsində kənd sakini, 1983-cü il təvəllüdlü Zamanova Məleykə Mahmud qızı dünyasını dəyişib.

Faktla bağlı Babək Rayon Prokurorluğunda araşdırma aparılır.