Rusiya diplomatlarının Aİ ərazisində hərəkəti məhdudlaşdırılacaq

Rusiya diplomatlarının Aİ ərazisində hərəkəti məhdudlaşdırılacaq

Rusiya diplomatlarının Avropa İttifaqı ərazisində hərəkəti məhdudlaşdırılacaq.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Politico nəşri yazıb.

Nəşrin yazdığına görə, Rusiya diplomatlarının Avropa İttifaqı ərazisində hərəkətinə qoyulan məhdudiyyətlər Aİ-nin Rusiya Federasiyasına qarşı 13-cü sanksiyalar paketinin bir hissəsi ola bilər.

"Rusiya diplomatlarının bütün Şengen zonasında deyil, yalnız akkreditə olunduqları ölkənin ərazisində səfərlərinin məhdudlaşdırılması ideyası nəzərdən keçirilir. Çexiya bunu çoxdan xahiş edir", deyə “Politico” adı açıqlanmayan avropalı diplomata istinadən xəbər yayıb.

Qeyd edək ki, Bloomberg agentliyi Avropa İttifaqının Rusiyaya qarşı 13-cü sanksiya paketinin fevralın 24-də qüvvəyə minəcəyi ilə bağlı məlumat yayıb.