Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik müddəti uzadılır

Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik müddəti uzadılır

Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin uzadılması ilə bağlı qanun layihəsini Ali Radaya təqdim edib.

Birxeber.Az "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin saytında qeyd olunub.

Bildirilib ki, Prezident Vladimir Zelenski Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin daha 90 gün uzadılması haqqında fərmanların təsdiq edilməsinə dair qanun layihələrini Ali Radaya təqdim edib.