Azərbaycanlı repçinin vəfat edən jurnalist atası ilə bağlı PAYLAŞIMI TƏSİRLƏNDİRDİ - FOTO

Azərbaycanlı repçinin vəfat edən jurnalist atası ilə bağlı PAYLAŞIMI TƏSİRLƏNDİRDİ - FOTO

Azərbaycanlı repçi AiD (Orxan Zeynallı) sosial şəbəkədə yeni paylaşım edib.

Birxeber xəbər verir ki, o, şəxsi instaqram hesabında vəfat edən atası, tanınmış jurnalist Araz Zeynalovla bağlı post paylaşıb. 

Orxan atası ilə illər əvvəl lentə alınan şəklini paylaşaraq onunla bağlı xatirələrindən yazıb:

"Prospektin yazılmamış bir nömrəli qanunu “Kişi kimi yaşayıb, kişi kimi ölmək”dir. Mən özüm belə pafoslu məhəllə əfsanələrindən uzaq olsam da, köhnə məktəb nümayəndələrinin haqqını yemək olmaz. İntellektual, geyimi-kecimi yerində, hazırcavablıq, yumor hissi, status, xeyirxahlıq və cəmiyyətdə hörmət... Bu sadalanan dəyər və prinsiplərə son gününə qədər əməl etmək.

Dünən atam öz sevimli prospektində dünyasını dəyişdi. Son aylar yataqdan qalxmasa belə, bahalı ətirindən mütləq istifadə edirdi, zarafatlarından qalmırdı. Deyirdi ki, yubileyimdə rəhmətə getsəm, yaxşı xəbər başlıqları alınar…

Yubiley məsələsi olmasa da, başlıqlar və postlar bol olacaq. Adına layiq. Onun üçün çox vacib idi. Allah rəhmət eləsin, papa".

Orxanın bu paylaşımı sosial şəbəkə istifadəçilərini çox təsirləndirib. Onlar Araz Zeynalova Allahdan rəhmət diləyiblər. 

Xatırladaq ki, tanınmış jurnalist Araz Zeynalov ürəktutmadan dünyasını dəyişib. Mərhum ötən gün Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Zöhrə Pənahi
Birxeber
Şou-biznes Şou-biznes
Vəfa Zeynallı uzun zamandan sonra yeni imicdə - FOTO

Vəfa Zeynallı uzun zamandan sonra yeni imicdə - FOTO

Şou-biznes Şou-biznes
“Metallica” qrupu Türkiyəyə 250 min dollar ianə edib

“Metallica” qrupu Türkiyəyə 250 min dollar ianə edib

Şou-biznes Şou-biznes
Petek Dinçöz Rza Zərraba görə Amerikaya köçüb? - FOTO

Petek Dinçöz Rza Zərraba görə Amerikaya köçüb? - FOTO

Şou-biznes Şou-biznes
Rusiyadan qonaqlar xüsusi olaraq “Avatar 2” filminə görə CinemaPlus-a gəlirlər

Rusiyadan qonaqlar xüsusi olaraq “Avatar 2” filminə görə CinemaPlus-a gəlirlər

Şou-biznes Şou-biznes
Xoşqədəm Hidayətqızı:"Allah xəstə pulunu sənin kimi vicdansızlara nəsib etsin" - FOTO

Xoşqədəm Hidayətqızı:"Allah xəstə pulunu sənin kimi vicdansızlara nəsib etsin" - FOTO

Şou-biznes Şou-biznes
Fidan Axundova döyülməsindən danışdı: "Elə bilirdim sevilmirəm"

Fidan Axundova döyülməsindən danışdı: "Elə bilirdim sevilmirəm"

Şou-biznes Şou-biznes
Emin Ağalarov halı pisləşən qıza yardım etdi - VİDEO

Emin Ağalarov halı pisləşən qıza yardım etdi - VİDEO

Şou-biznes Şou-biznes
Vüsalə Əlizadənin qızı məzun geyimində - FOTO

Vüsalə Əlizadənin qızı məzun geyimində - FOTO

Şou-biznes Şou-biznes
ABŞ-da atışma olub, 10 nəfər yaralanıb

ABŞ-da atışma olub, 10 nəfər yaralanıb

Şou-biznes Şou-biznes
Cavid Gül ata oldu

Cavid Gül ata oldu

Şou-biznes Şou-biznes
Ancelinadan kövrəldən paylaşım: "Balaca qız oynatdığı “daş”ın qəlpə olduğunu bilməyib” - FOTO

Ancelinadan kövrəldən paylaşım: "Balaca qız oynatdığı “daş”ın qəlpə olduğunu bilməyib” - FOTO

Şou-biznes Şou-biznes
Rafael İsgəndərovun kürəkəni ilə qızının GÖRÜNTÜLƏRİ - FOTO

Rafael İsgəndərovun kürəkəni ilə qızının GÖRÜNTÜLƏRİ - FOTO