KİV: Zelenski Baş Qərargah rəisini də vəzifəsindən azad etməyi düşünür

KİV: Zelenski Baş Qərargah rəisini də vəzifəsindən azad etməyi düşünür

Ukrayna Prezidenti Vladimir Zelenski Silahlı Qüvvələrinin baş komandanı Valeriy Zalujnı ilə yanaşı, Baş Qərargah rəisi Sergey Şaptalanı da vəzifəsindən azad etməyi düşünür.

APA xəbər verir ki, bu barədə "Ukrainska Pravda" prezidentin ofisində və hərbi dairələrdəki mənbələrinə istinadən yazıb.
Mənbələr Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanından başqa Baş Qərargah rəisinin də dəyişdirilməsi ilə bağlı məsləhətləşmələrin aparıldığını bildirib.
Baş Qərargahda gözlənilən dəyişikliklərlə bağlı sualı cavablandıran yüksək rütbəli mənbə: "Şaptala da Baş Qərargahı tərk edəcək", - deyə bildirib.


"Bütün bu hadisələr (Zalujnı və Şaptalanın dəyişdirilməsi ilə bağlı – red.) həftənin ortalarında baş verə bilər", "Ukrainska Pravda"nın məlumatlı mənbələrindən biri əlavə edib.
Prezident Aparatındakı mənbə həmçinin vurğulayıb ki, İtaliyanın "Rai1" telekanalına müsahibəsində Zelenski təkcə Zalujnının işdən çıxarılmasından deyil, müxtəlif sektorlarda və hökumət strukturlarının rəhbərlərin dəyişdirilməsindən danışıb.
Xatırladaq ki, "Rai1"-ə müsahibəsində Zalujnının mümkün dəyişdirilməsi ilə bağlı sualını cavablandıran Zelenski deyib ki, o, "bir nəfərin yox, ölkə rəhbərliyinin [istiqamətinin dəyişməsi]”nin dəyişdirilməsini düşünür, çünki müharibədə qalib gəlmək üçün bu, olacaq".