IJF Akademiyasının direktoru: "Azərbaycan cüdosunun daha yüksək yerlərdə olacağına inanırıq"

IJF Akademiyasının direktoru: "Azərbaycan cüdosunun daha yüksək yerlərdə olacağına inanırıq"

"Azərbaycan cüdosunun gələcəkdə daha yüksək yerlərdə olacağına inanırıq".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında IJF Akademiyasının direktoru Envik Qalea Bakıda cüdo məşqçiliyi və sertifikat proqramının açılış mərasimindən sonra deyib.

O, bir il əvvəl də paytaxtımıza gəldiyini xatırladıb: "Yenidən burada olmaq mənim üçün böyük məmnuniyyətdir. Azərbaycanda böyük irəliləyişlər görmüşük. Bu mərkəz cüdo üçün müasirdir. Azərbaycan cüdosunun gələcəkdə daha yüksək yerlərdə olacağına inanırıq. Artıq yalnız böyüklərin deyil, yeniyetmə idmançıların da uğurlarını izləyirsiniz. Hazırda burada 63 cüdo məşqçisi var. Onlar həvəslə öyrənirlər. Burada olmaq bizə böyük zövq verir. Azərbaycan Cüdo Federasiyası prezidentinin atdığı addımları yüksək qiymətləndiririk".