İrəvanda partlayış olub, bir neçə ev dağılıb

İrəvanda partlayış olub, bir neçə ev dağılıb

İrəvanın Erebuni rayonunda partlayış baş verib.

“Report” xəbər verir ki, bu barədə "Sputnik-Armenia"ya Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisayan məlumat verib.

Qeyd edilib ki, bir neçə ev dağılıb, iki nəfər dağıntılar altında qalıb.

Sosial şəbəkələrin erməni seqmentində çörək sexində partlayış baş verdiyi barədə məlumat yayılıb.