Bakının Binəqədi qəsəbəsində 4 yolun təmirinə başlanılıb

Bakının Binəqədi qəsəbəsində 4 yolun təmirinə başlanılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Binəqədi rayonunun Binəqədi qəsəbəsinin ümumi uzunluğu 2,4 kilometr olan 4 küçəsində təmir işlərinə başlayıb.

“Birxeber” xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, təmirinə başlanılan küçələr Əliheydər Qarayev, Ağamirək İsfahani, Mikayıl Ələkbərov və Cəfər Cabbarlı küçələridir.

Hazırda Əliheydər Qarayev küçəsində yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Bundan öncə aparılan təmir işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol əsasının və küçənin profilə salınması işləri görülüb.

İşlərin yekunlaşdırılması ardıcıllığına uyğun olaraq yeni asfalt-beton örtüyünün döşənməsi Ağamirək İsfahani, Mikayıl Ələkbərov və Cəfər Cabbarlı küçələrində də davam etdiriləcək.

Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Binəqədi rayonu üzrə ümumi uzunluğu 13,06 kilometr təşkil edən küçə və yolun təmiri işləri aparılır.

Agentlik tərəfindən 2021-ci ildə Binəqədi rayonu üzrə 15,4 kilometr uzunluğa malik küçə təmir edilib.

İnfrastruktur İnfrastruktur
Şuşada su anbarının yaradılması üçün işlərə başlanılıb

Şuşada su anbarının yaradılması üçün işlərə başlanılıb

İnfrastruktur İnfrastruktur
Bakı Limanı ilə Özbəkistanın limanları arasında yükdaşımalar 70 % artıb 

Bakı Limanı ilə Özbəkistanın limanları arasında yükdaşımalar 70 % artıb 

İnfrastruktur İnfrastruktur
Azərbaycan və Türkiyə hava məkanının birgə inkişafı barədə razılığa gəlib

Azərbaycan və Türkiyə hava məkanının birgə inkişafı barədə razılığa gəlib

İnfrastruktur İnfrastruktur
DTX: "MİDA-dan eyni İP ünvandan bir neçə mənzil alınıb"

DTX: "MİDA-dan eyni İP ünvandan bir neçə mənzil alınıb"

İnfrastruktur İnfrastruktur
Qəbələdə Bunud-Həzrə avtomobil yolunun yenidən qurulmasına başlanılıb

Qəbələdə Bunud-Həzrə avtomobil yolunun yenidən qurulmasına başlanılıb

İnfrastruktur İnfrastruktur
Bakının Zivərbəy Əhmədbəyov küçəsi təmir edilib

Bakının Zivərbəy Əhmədbəyov küçəsi təmir edilib

İnfrastruktur İnfrastruktur
AZAL Bakıdan Ammana birbaşa reys açır

AZAL Bakıdan Ammana birbaşa reys açır

İnfrastruktur İnfrastruktur
Naxçıvan iqtisadiyyatı 2%-ə yaxın böyüyüb

Naxçıvan iqtisadiyyatı 2%-ə yaxın böyüyüb

İnfrastruktur İnfrastruktur
Horadiz-Ağbənd dəmir yolu xəttinin inşası ilə bağlı son vəziyyət açıqlanıb

Horadiz-Ağbənd dəmir yolu xəttinin inşası ilə bağlı son vəziyyət açıqlanıb

İnfrastruktur İnfrastruktur
İlham Əliyev: "Xudafərindən Qubadlıya, oradan isə Laçına gedən magistral yol inşa edilir"

İlham Əliyev: "Xudafərindən Qubadlıya, oradan isə Laçına gedən magistral yol inşa edilir"

İnfrastruktur İnfrastruktur
“Elektron prokurorluq” informasiya sistemi barədə qərar qəbul edilib

“Elektron prokurorluq” informasiya sistemi barədə qərar qəbul edilib

İnfrastruktur İnfrastruktur
Dövlət Komitəsinə ayrılan xidməti avtomobillərin sayı artırılıb

Dövlət Komitəsinə ayrılan xidməti avtomobillərin sayı artırılıb