Babək rayon sakini dəm qazından boğularaq ölüb

Babək rayon sakini dəm qazından boğularaq ölüb

Naxçıvan Muxtar Respublikasının Babək rayon sakini dəm qazı sızması nəticəsində ölüb.

"Birxeber.Az"un yerli bürosu xəbər verir ki, hadisə dünən gecə saatlarında rayonun Naxişnərgiz kəndində qeydə alınıb.

Kənd sakini, 1983-cü il təvəllüdlü Zamanova Məleykə Mahmud qızının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Babək Rayon Prokurorluğunda araşdırma aparılır.