"Neftçi"nin baş məşqçisi: "Hamımız çox motivasiyalıyıq"

"Neftçi"nin baş məşqçisi: "Hamımız çox motivasiyalıyıq"

"Sabah bizim üçün çox çətin oyun olacaq. Çalışacağıq ki, yaxşı oyun nümayiş etdirib növbəti mərələyə vəsiqə qazanaq. Bilirik ki, rəqib çox güclüdür. Amma öz oyunçularıma və azarkeşlərimizə inanıram".

"Birxeber"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Bakıda Avstriyanın "Rapid" klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis matçın çətin keçəcəyini bildirib: "Rəqib çox yaxşı oynayır. Bizim üçün asan oyun olmayacaq. Ancaq matça çox yaxşı hazırlaşmışıq. Ümidvaram ki, Kipr "Aris"i ilə ötən oyundakı özünəinamı bu dəfə də göstərə biləcəyik. Hamımız çox motivasiyalıyıq. Qarşımıza məqsəd qoymuşuq ki, "Aris"lə Bakıdakı oyunun səviyyəsini qoruyub saxlayaq".

O, yenidən icarəyə götürülən Mert Çəlik barədə də danışıb: "Onun bir çox oyununu görməmişəm. Komandamıza dünən qayıdıb. Bilirik ki, yaxşı səviyyəsi var. Eyni mövqedəki futbolçularla rəqabətdən qalib ayrılmalıdır. Ona bir az da vaxt lazım olacaq. Çox sevinirəm ki, bizə qoşulub. Çünki həmin mövqedə ehtiyat oyunçuya ehtiyacımız vardı. Onu mərkəz, cinah müdafiəçisi, mərkəz yarımmüdafiəçisi kimi görürəm. Ehtiyacımız olarsa, yeni futbolçu transfer edə bilərik".

Reqekampf Rumıniyadan futbolçu transfer etməməsinə də toxunub: "Oyunçunun milliyyəti önəm kəsb etmir. Hər hansı futbolçu səviyyəlidirsə, onu transfer etməyə çalışacağıq".

Qeyd edək ki, "Neftçi" "Rapid"ə qarşı ilk oyununu avqustun 4-də Bakıda, cavab görüşünü isə avqustun 11-də Vyanada keçirəcək.

Futbol Futbol
Qurban Qurbanov: "Avrokubokları fikirləşmirik"

Qurban Qurbanov: "Avrokubokları fikirləşmirik"

Futbol Futbol
"Mançester Yunayted"də Ronaldunu əvəzləyə biləcək futbolçular açıqlanıb

"Mançester Yunayted"də Ronaldunu əvəzləyə biləcək futbolçular açıqlanıb

Futbol Futbol
Fransa Xorvatiyaya uduzub, Danimarka Avstriyanı məğlub edib

Fransa Xorvatiyaya uduzub, Danimarka Avstriyanı məğlub edib

Futbol Futbol
Rüfət Abbasov: "Neftçi"nin yetirməsi olmaq mənə qürur verir"

Rüfət Abbasov: "Neftçi"nin yetirməsi olmaq mənə qürur verir"

Futbol Futbol
"Qarabağ" kapitanına yubiley hədiyyəsi verib

"Qarabağ" kapitanına yubiley hədiyyəsi verib

Futbol Futbol
Çeferin: "Türkiyənin AVRO-2032-yə ev sahibliyi etmək şansı İtaliyadan çoxdur"

Çeferin: "Türkiyənin AVRO-2032-yə ev sahibliyi etmək şansı İtaliyadan çoxdur"

Futbol Futbol
"Zirə"nin müdafiəçisi De Byaziyə təşəkkür edib

"Zirə"nin müdafiəçisi De Byaziyə təşəkkür edib

Futbol Futbol
"Sabah" klubu Azərbaycan yığmasının futbolçusu ilə yeni müqavilə bağlayıb

"Sabah" klubu Azərbaycan yığmasının futbolçusu ilə yeni müqavilə bağlayıb

Futbol Futbol
Azərbaycan millisi ilə oyuna yeni futbolçu dəvət olunub

Azərbaycan millisi ilə oyuna yeni futbolçu dəvət olunub

Futbol Futbol
"Qarabağ" Azərbaycan Kubokunun finalında nominal meydan sahibi olacaq

"Qarabağ" Azərbaycan Kubokunun finalında nominal meydan sahibi olacaq

Futbol Futbol
"Qarabağ" Qurban Qurbanovla müqaviləni uzadıb

"Qarabağ" Qurban Qurbanovla müqaviləni uzadıb

Futbol Futbol
Azərbaycan Premyer Liqası: "Qəbələ" autsayderə uduzub

Azərbaycan Premyer Liqası: "Qəbələ" autsayderə uduzub