Füzuli sakini: Xoşbəxtik, çünki qayıdırıq; qəmginik, çünki şəhidlərimiz var

Füzuli sakini: Xoşbəxtik, çünki qayıdırıq; qəmginik, çünki şəhidlərimiz var

“Füzuliyə qayıtmaq imkanı bizə həm xoşbəxt etdi, həm də kədərləndirdi. Xoşbəxtik, çünki torpaqlarımız alınıb, yurdumuza qayıdırıq; qəmginik, çünki şəhidlərimiz var”.

“Report” xəbər verir ki, bunu Füzuliyə qayıdan Sevinc Cavadova söyləyib.

“Füzulidən çıxanda biz də digərləri kimi ailəmizlə, uşaqlarımızla birgə məcburi köçkün olduq, çətin günlərlə üzləşdik”, – o vurğulayıb.

Ona məmləkətinə qayıtmaq fürsətini verən Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirən sabiq məcburi köçkün Qarabağ uğrunda şəhid olmuş əsgərlərə rəhmət, qazilərə isə cansağlığı diləyib.

Xatırladaq ki, bu gün Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.