Səfir: “Azərbaycanla Meksika arasında parlamentlərarası əlaqələr müsbət dinamika göstərir”

Səfir: “Azərbaycanla Meksika arasında parlamentlərarası əlaqələr müsbət dinamika göstərir”

Azərbaycan ilə Meksika arasında parlamentlərarası əlaqələr müsbət dinamika göstərir.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Biz Meksika parlamentinin üzvü, Azərbaycanın böyük dostu və Meksika Deputatlar Palatasında Meksika-Azərbaycan dostluq qrupunun sədri Alberto Villanı salamlayırıq. İki ölkə arasında parlamentlərarası əlaqələr çox müsbət dinamika göstərir”, - paylaşımda qeyd edilib.