Şəkidə binada yanğın olub - YENİLƏNİB

Şəkidə binada yanğın olub - YENİLƏNİB

Şəki şəhərinin Turan qəsəbəsində yanğın olub.

Birxeber.Az FHN-ə istinadən xəbər verir ki, ikimərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 155 m² olan 4 otaqlı mənzilin yanar konstruksiyaları 90 m² sahədə, ümumi sahəsi 125 m² olan 4 otaqlı mənzilin yanar konstruksiyaları 90 m² sahədə, binanın ikinci mərtəbəsində hər birinin sahəsi 155 m² olan 4 otaqlı iki mənzilin yanar konstruksiyaları 180 m² sahədə yanıb. Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

10.29

Şəkidə bir neçə ailənin yaşadığı binada yanğın olub.
Birxeber.Az-nın şimal-qərb bürosunun məlumatına görə, yanğın səhər saatlarında rayonun Turan qəsəbəsində baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb edilib. Yanğın söndürülüb.