İrəvanda partlayış olub, dağıntılar altında qalanlar var

İrəvanda partlayış olub, dağıntılar altında qalanlar var

️İrəvanın Erebuni ərazisində dağıntı ilə müşayiət olunan partlayış baş verib.

APA Daxili İşlər Nazirliyinin mətbuat katibinə istinadən xəbər verir ki, dağıntılar altında insanlar ola bilər. İlkin məlumata görə, hadisə zamanı iki ev dağılıb.

Sosial şəbəkələrdə istifadəçilər partlayışın çörək sexində baş verə biləcəyini yazır.