Polşa Rusiyanın hücum ehtimalını istisna etmir

Polşa Rusiyanın hücum ehtimalını istisna etmir

Polşa ən pis hərbi ssenariləri ciddi qəbul edir və Rusiyanın hücum ehtimalını istisna etmir.

APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Polşanın müdafiə naziri Kosiniak Kamış bildirib.

Onun sözlərinə görə, bütün dünyada vəziyyət son dərəcə ciddidir: “Bura təkcə Ukrayna deyil, həm də Qara dəniz və Sakit okean regionu aiddir”,deyə polşalı nazir vurğulayıb.