Türkiyədə hərbi hissədə partlayış baş verib, 2 nəfər yaralanıb
Türkiyənin Şırnak ərazisində Jandarm Komando Briqada Komandanlığında yanğın baş verib.
“Birxeber” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisəyə səbəb DM-16 işıqlandırma sursatının alışması və partlaması olub.
Yanğın nəzarət altına alınıb. Hadisə nəticəsində 2 nəfər yaralanıb, itki yoxdur.