Qurban Qurbanov AQTA-nın “Şəkəri azalt, ömrünü uzat!” kampaniyasına qoşulub

Qurban Qurbanov AQTA-nın “Şəkəri azalt, ömrünü uzat!” kampaniyasına qoşulub

Əməkdar məşqçi, “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Şəkəri azalt, ömrünü uzat!” kampaniyasına qoşulub.

"Birxeber.Az"un qurumun mətbuat xidmətinə istinadən məlumatına görə, 51 yaşlı mütəxəssis etdiyi videomüraciətdə hər kəsi, xüsusilə də idmançıları bu kampaniyaya qoşulmağa çağırıb.

Q.Qurbanov bildirib ki, qida rasionuna fikir verilməli, gündəlik qidalanmada şəkər istehlakı azaldılmalı və sağlam həyat tərzinə üstünlük verilməlidir.

Qeyd edək ki, AQTA-nın “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası əhali arasında sağlam həyat tərzinin təbliğ olunması və vətəndaşların sağlam qidalanmaya, o cümlədən şəkərin normaya uyğun qaydada istehlak edilməsinə təşviq olunması məqsədilə həyata keçirilir.