Vuçiç: "Brüsseldə Priştina ilə danışıqlardan heç nə gözləmirik"

Vuçiç: "Brüsseldə Priştina ilə danışıqlardan heç nə gözləmirik"

Tanınmamış Kosovonun Baş naziri Albin Kurti ilə sülhü saxlamaq mümkün deyil.

"Birxeber" xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç RTS milli televiziyasının efirində bildirib.

Vuçiç deyib ki, Avropa İttifaqının vasitəçiliyi ilə Brüsseldə Priştina ilə keçiriləcək danışıqlardan heç nə gözləmir.

Qeyd edək ki, Vuçiç və Kurti bütün açıq məsələlər üzrə dialoqu davam etdirmək üçün Brüsseldə danışıqlara dəvət alıblar.

Avropa İttifaqının xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel iddia edib ki, Belqrad və Priştina arasındakı gərginlik birbaşa siyasi liderlərin danışıqlar masası arxasına oturmaq istəməməsinin nəticəsidir.